Adi yarasalardan fərqli olaraq bu növ yarasalar ağ rəngdədirlər. Ona görə də ağ yarasa olaraq adlandırılırlar.
Yalnız Honduras və Karib hövzələrində yaşayan bu yarasa növləri 3.7 ilə 4.7 santimetr böyüklüyündə olurlar. Koloniya halında yaşayan bu sevimli ağ yarasalar yağış meşələrindəki nəhəng yarpaqların ortasında sanki ağcaqanad kimi görünür.
Koloniyaları erkək yarasalar qoruyur. Çox sevimli görünən bu kiçik yarasalar bir təhlükə hiss etdikləri zaman olduqca təcavuzkar olurlar. Erkekler koloniyanı qorumaq üçün hücumlarda ən ön cəbhədə mövqe tuturlar.
Комментариев нет:
Отправить комментарий